EN

Ermənistanın Baş naziri kommunikasiyaların açılması məsələsinə münasibət bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, o, “Armenpress”ə müsahibəsində deyib ki, bu məsələdə həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olacaq bir həll yolu tapıblar.

“Qiymətləndirməmizə görə, dəmir yolu bağlantısının necə bərpa olunacağına dair həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olacaq bir həll tapdıq. Biz bu qərarın təklifini yazılı şəkildə Azərbaycana göndərdik və müsbət reaksiya gözləyirik. Bu cavab alındıqda, müqaviləni tez bir zamanda imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - Paşinyan vurğulayıb.

Chosen
10
2
apa.az

3Sources