EN

Hesablama Palatasının sədri Qarabağ Universitetinin tələbələrinə mühazirə deyib



Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Qarabağ Universitetində tələbələrə "Dövlət auditi" mövzusunda mühazirə deyib.

Newscenter.az xəbər verir ki, mühazirə zamanı dövlət maliyyəsinin idarəedilməsi, ona nəzarətin nəzəri və praktik aspektlərinə toxunulub. Eyni zamanda, sədr Hesablama Palatasının strateji idarəetmə çərçivəsinə diqqət yetirib, müxtəlif ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra proqramların həyata keçirildiyini qeyd edib. Sədr bu çərçivədə Qarabağ Universiteti ilə birgə fəaliyyətin nəzərdə tutulduğunu da vurğulayıb.

Vüqar Gülməmmədov qeyd edib ki, gələcəkdə Qarabağ Universiteti ilə əməkdaşlıq təkcə təlim proqramları ilə məhdudlaşmayacaq, həm də tələbələrin Hesablama Palatasında təcrübə keçməsi, karyera inkişafı üçün təlimlərə cəlb edilməsi və tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Həmçinin universitet tələbələrinin sahə üzrə ən yaxşı məqalələrinin "Dövlət auditi" jurnalında nəşr olunması, müvafiq fənlər üzrə tədris proqramlarının müəyyənləşdirilməsinə dəstəyin verilməsi kimi digər istiqamətlərin də əhatə olunması hədəflənir.

Hesablama Palatasının sədri bu əməkdaşlığın dövlət idarəçiliyinin inkişafına və ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyinə inandığını vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, mühazirədə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Süleyman
Chosen
41
1
newscenter.az

3Sources