EN

Paşinyan Bakının bu təklifini qəbul edir – Şərtlə

Biz Azərbaycanla sülh müqaviləsi üzrə müzakirələrdə konstruktiv iştirak etməyə davam edirik. Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təkliflər bir aydan çoxdur ki, Azərbaycana göndərilib və hələ onlara heç bir cavab almamışıq.

Axar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib.

“Biz Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmuş hissələrinə üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik və bu məntiqlidir, çünki demarkasiyadan dolayı bu hissələrdə eskalasiya riski minimuma endirilməsə də, əhəmiyyətli dərəcədə azalır.

Beləliklə, sərhədin tam demarkasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin hər hansı bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan Respublikası bu məntiqi təklif edir”, - Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycan öz sərhədlərində 3-cü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı tələb irəli sürüb.

Chosen
16
1
axar.az

2Sources