EN

Əli Əsədov qərar imzaladı

Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qayda ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarına dair meyarları müəyyən edir. Habelə onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana – Dövlət Ehtiyatları Agentliyinə məlumat təqdim edilməsi üzrə təşkilati və hüquqi məsələləri tənzimləyir.

Bu Qaydanın tələbləri strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, bu Qayda ilə müəyyən edilmiş meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir.

Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları il ərzində strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olduqda bazar iştirakçısı hesab edilirlər. Ötən ildə strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olan hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının siyahısı cari ilin may ayının 15-dək Agentlik tərəfindən əldə edilir. Bazar iştirakçılarına onların hansı strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olması və həmin mal üzrə təmin etməli olduğu minimal həcm barədə Agentlik tərəfindən hər il iyun ayının 1-dək yazılı bildiriş göndərilir.

Hər bir strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı tərəfindən təmin edilən minimal həcm aşağıdakı kimi hesablanır:

– bazar iştirakçısı kimi müəyyən edilən hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi müəyyən edilir;

– bazar iştirakçılarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi həmin mal üzrə bazarın ümumi həcminə vurularaq bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmi müəyyən edilir;

– bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı aşağıdakı düsturla müəyyən edilir:

BİP – bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı;

ÜH – müvafiq strateji əhəmiyyətli mal üzrə bazarın ümumi həcmi;

bp – bazar iştirakçısının müvafiq strateji əhəmiyyətli mal üzrə ümumi bazarda payı;

ÜHbi – müvafiq strateji əhəmiyyətli mal üzrə bazar iştirakçıları tərəfindən təqdim edilən malın ümumi həcmi.

Chosen
29
16
infoaz.ws

10Sources