EN

Rusiyada generalı öldürən özbək həbs edildi

Moskvanın Basmannı məhkəməsi Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisi İqor Kirillovu qətlə yetirməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Əhmədjon Qurbanov barəsində həbs-qətiimkan tədbiri seçib.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat verib.

“Məhkəmə istintaqın vəsatətinin təmin edilməsi və Qurbanov barəsində 2025-ci il fevralın 17-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, - qərarda deyilir.

Xatırladaq ki, Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov və köməkçisi öldürülüb.

Chosen
12
50
sitat.info

10Sources