EN

Alimlər: Gecə növbəsində işləmək epilepsiya riskini artırır

Beynəlxalq Nevrologiya İnstitutunun (Almaniya) alimləri müəyyən ediblər ki, daimi gecə fəaliyyəti (iş də daxil olmaqla) epilepsiya ehtimalını 29% artırır. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Clinical Neuroscience" jurnalında dərc olunub.

Alimlər Böyük Britaniyanın Biobank məlumat bazası tərəfindən təqdim edilən 270 mindən çox könüllünün məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.

"Bizim beynimiz ciddi sirkadiyalı ritmlə işləyir və bioloji saatı tənzimləyən hipotalamus normal yuxu və oyaqlıq modellərinin saxlanmasında əsas rol oynayır", deyə tədqiqatın aparıcı müəllifi, professor Uil Heytenq izah edib. 

Onun sözlərinə görə, bu mexanizmin pozulması neyronların anormal elektrik aktivliyinə səbəb ola bilər ki, bu da öz növbəsində epilepsiya riskini artırır.

Mütəxəssisləri xüsusilə narahat edən xroniki yuxusuzluq, gündüz yuxululuğu və yuxu olmaması (gecə yeddi saatdan az) kimi risk faktorlarının birləşməsidir. Bu amillərin hər biri sinir sisteminə mənfi təsirini gücləndirir, epileptik pozğunluqların inkişaf ehtimalını artırır.

Aydın

Chosen
2
1
qaynarinfo.az

2Sources