EN

Keçmiş məmur 30 min dollar müqabilində iş ortağının qətlini SİFARİŞ ETDİ – VİDEO

Qırğızıstanda keçmiş məmur 30 min dollar müqabilində iş ortağının qətlini sifariş edib.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb. Keçmiş hakim onun əleyhinə ifadə yazan şəxsin qətlinə göstəriş vermək qərarına gəlib və oğlu vasitəsilə 30 min dollar köçürməli olub. Oğlu pulu çıxarıb “killer”ə verib.

Müştəri qətlin bədbəxt hadisə kimi görünməsini istəyib və qatillərdən fotosübut tələb edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxladığını bilməyən eks-məmur qohumunu pulla göndərib.

Hakimin pulu qatillərə çatdıran 32 yaşlı oğlu saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
25
interpress.az

1Sources