EN

Ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Suriyada Bəşər Əsəd rejiminin ötən həftə süqutundan bu yana 250 min insanın evlərinə qayıtdığını, onlardan 100 mininin ölkə xaricində yaşayan suriyalı olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda qeyd olunub ki, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada geniş dağıntı və köçkünlük baş verib, 6 milyondan çox suriyalı ölkəni tərk etmək məcburiyyətində qalıb, 5,5 milyon insan isə ölkə daxilində köçkün vəziyyətinə düşüb.

“Suriyada hələ də 17 milyon insanın yardıma ehtiyacı var və bütün əhalinin 90 faizi yoxsulluq həddinin altında yaşayır. Müharibədən qaçan minlərlə suriyalı qaçqın indi evlərinə qayıdır, digərləri isə yerli şəraitin onlara təhlükəsiz qayıtmağa imkan verib-verməyəcəyini qiymətləndirir. Keçən həftə 250 min insan evlərinə qayıtdı, onlardan 100 mini ölkədən kənarda yaşayan suriyalılardır”, – deyə təşkilat bildirib.

Chosen
6
1
nocomment.az

2Sources