Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib.
News365.az xəbər verir ki, bunu "Qarabağ"ın baş direktoru Əmrah Çelikel "beIN SPORTS"un saytına açıqlamasında deyib.
Çelikel Qurban Qurbanovun qardaş ölkə Türkiyədən təkliflər aldığını qeyd edib:
"Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib. O, komandamızda qalmağı məqbul hesab edib. “Qarabağ”ın güclü mənəvi ruhu var. Baş məşqçimiz Vətəninə, bayrağına çox bağlıdır. "Qarabağ" uzun illərdir onun rəhbərliyi altında çıxış edir. Ayrılıqla bağlı məsələ müzakirə mövzusu olmayıb. Təbii ki, bəzi Avropa klubları da bəzən dəvətlər göndərirdi. Lakin Qurban Qurbanov öz qəti cavabını verib".