Rusiyanın Suriyadakı bazalarından Liviyaya hava hücumundan müdafiə sistemləri və digər silahlar ötürdüyü iddia edilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan ABŞ və Liviya rəsmilərinin sözlərinə görə, Rusiya yük təyyarələrinin “S-400 və S-300 hava hücumundan müdafiə sistemləri üçün radarlar da daxil olmaqla hava hücumundan müdafiə vasitələrini Suriyadan Liviyanın şərqindəki bazalara çatdırdığı” iddia edilir.
Bundan əlavə, onlar Suriyadan qoşunların, hərbi təyyarələrin və silahların mümkün çıxarılmasından danışıblar.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Suriyada Rusiya hərbi bazalarının olması ilə bağlı qəti qərar yoxdur, bu məsələ ilə bağlı ölkənin yeni Hakimiyyəti ilə dialoq aparılır.