1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə 110 kV-luq 6,7-ci Xırdalan hava xəttində həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 20-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bununla əlaqədar olaraq saat 01:00-dan saat 05:00-dək 110/35/10 kV-luq "Qobu" yarımstansiyasından qidalanan Qobu və Hökməli qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.