EN

ABŞ Gürcüstanın bu rəsmilərinə sanksiyalar tətbiq etdi

ABŞ Gürcüstan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Sanksiyalara daxili işlər naziri Vaxtanq Qomelauri və Xüsusi tapşırıqlar departamentinin direktor müavini Mirza Kezevadze də daxildir.

“2024-cü il ərzində nümayişlər də daxil olmaqla media nümayəndələrinə, müxalifətçilərə və etirazçılara qarşı amansız repressiyalarda iştirak edənlər. Bu məmurlar Prezidentin Sərəncamına uyğun olaraq sanksiyalara məruz qalırlar”, - məlumatda qeyd olunub.

Chosen
27
1
qafqazinfo.az

2Sources