EN

İsveçrə Ukraynaya 48 milyon avroluq qış yardımı ayırır

İsveçrə qış dövründə Ukraynaya kömək üçün təxminən 45 milyon İsveçrə frankı (48,3 milyon avro) ayırmaq qərarına gəlib.

Qaziler.az bildirir ki, bu barədə  İsveçrə Federal Şurasının müraciətində deyilir.

Yeni yardım paketi Ukraynanın enerji infrastrukturunun bərpasına, zədələnmiş mənzillərin təmirinə və təcili humanitar ehtiyacların həllinə yönəldiləcək.

Qeyd olunur ki, İsveçrənin yeni qış paketi Ukraynaya yardımda “mövcud təcrübəyə əsaslanır”.

2022 və 2023-cü ilin qış aylarında İsveçrə Ukraynaya müvafiq dəstək üçün 84,5 milyon İsveçrə frankı, həmçinin Ukrayna və qonşu ölkələrdəki müharibədən zərər çəkmiş insanlara yardım üçün ümumilikdə 477 milyon İsveçrə frankı ayırıb.

Daha əvvəl bildirilmişdi ki, İsveçrə növbəti 4 il ərzində Ukraynada yenidənqurma layihələrinə 1,5 milyard İsveçrə frankı (təxminən 1,7 milyard dollar) ayıracaq, həmçinin özəl sektoru da onlara cəlb edəcək.

QAZİLER.AZ

Chosen
23
qaziler.az

1Sources