EN

İsveçrə xarici işlər naziri Rusiyaya səfər edə bilər

İsveçrənin xarici işlər naziri İqnazio Kassis müəyyən şərtlər daxilində gələn il Rusiya Federasiyasına səfər edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Əgər şərait bunu tələb edirsə, bu ehtimal nəzərə alınmalıdır" - İsveçrə Xarici İşlər Nazirliyinin kommunikasiya departamentinin rəhbəri Nikolas Bidot jurnalistlərə bildirib.

Bununla belə, o, həmçinin qeyd edib ki, hələlik tərəflər Kassislə rusiyalı həmkarı Sergey Lavrov arasında hər hansı görüş planlaşdırmırlar.


Müəllif: Arzu
Chosen
29
teleqraf.com

1Sources