EN

ABŞ ordusunda maaş böhranı - Büdcə təsdiqlənmədi

"Yeni il və Milad bayramına qədər yeni hərbi büdcə razılaşdırılmasa, amerikalı hərbçilərə maaşların verilməsində problemlər yarana bilər".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder mətbuat konfransında bildirib.

“Nazirlik mümkün bağlanma üçün ehtiyatlı planlaşdırma və hazırlıq işləri aparır. Rəhbərliyimiz fövqəladə hallar planlarını yenilədi”, - Rayder bildirib.

O əlavə edib ki, bağlanma halında ABŞ Müdafiə Nazirliyi əsas funksiyaları yerinə yetirməyə davam edəcək - şəxsi heyət ödənişsiz hərbi xidmət keçməli olacaq.


Müəllif: Arzu
Chosen
40
teleqraf.com

1Sources