Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün Liqa mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Türkiyənin “Başakşəhər” komandası səfərdə Belçika təmsilçisi “Serkl Brügge” ilə görüşüb və heç-heçə ilə kifayətlənib. Bu nəticə İstanbul təmsilçisinin mübarizəni dayandırmasına gətirib çıxarıb.
“Fiorentina” (İtaliya) səfərdə Portuqaliyanın “Vitoriya” komandasını sınağa çəkib. Bu görüş də 1:1 hesabıyla yekunlaşıb.
Maksimum nəticə ilə irəliləyən və vahid lider olan İngiltərənin “Çelsi” klubu isə evdə “Şemrok Rovers” (İrlandiya) ilə qarşılaşıb. Son turda da qalib gələn “zadəganlar” Konfrans Liqasının Liqa mərhələsinin qalibi olublar.
Beləliklə, “Çelsi”, “Vitoriya”, “Fiorentina”, “Rapid”, “Yurqorden”, “Luqano”, “Legiya” və “Serkl Brügge” komandaları ilk 8 yeri tutmaqla birbaşa Konfrans Liqasının 1/8 finalına vəsiqə qazanıblar.
“Yagelloniya”, “Şemrok Rovers”, APOEL, “Pafos”, “Panatinaikos”, “Olimpiya”, “Betis”, “Haydenhaym”, “Gent”, “Kopenhagen”, “Vikinqur”, “Borats”, “Çelye”, “Omoniya”, “Molde” və “Baçka Topola” isə 9-24-cü yerləri bölüşdürməklə turnirin 1/16 final mərhələsində oynamaq hüququ qazanıblar.
“Harts”, “Başakşəhər”, “Mlada Boleslav”, “Astana”, “Sankt Qallen”, HJK, “Noa”, TNS”, “Dinamo” (Minsk), “Larne”, LASK və “Petrokub” isə Konfrans Liqası ilə vidalaşıblar.
Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi sabah – dekabrın 20-də baş tutacaq.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 6-cı tur
19 dekabr
“Yagelloniya” (Polşa) – “Olimpiya” (Sloveniya) 0:0
“Borats” (Bosniya və Herseqovina) – “Omoniya” (Kipr) 0:0
“Betis” (İspaniya) – HJK (Finlandiya) 1:0
Qol: C.Kardozo, 27.
“Haydenhaym” (Almaniya) – “Sankt Qallen” (İsveçrə) 1:1
Qollar: Toyerkauf, 30 – Staniç, 77.
“Panatinaikos” (Yunanıstan) – “Dinamo” (Minsk, Belarus) 4:0
Qollar: Yeremeyeff, 33. Tete, 54; 65. İoannidis, 85.
“Çelsi” (İngiltərə) – “Şemrok Rovers” (İrlandiya) 5:1
Qollar: Qiu, 23; 34; 45+3. Dyusberi-Holl, 40. Kukurelya, 58 – Pum, 26.
“Molde” (Norveç) – “Mlada Boleslav” (Çexiya) 4:3
Qollar: İhler, 27. Kral, 42-öz qapısına. Kaasa, 64. Stenevik, 90+1 – Suçi, 5. Kusey, 59. Vidra, 61.
APOEL (Kipr) – “Astana” (Qazaxıstan) 1:1
Qollar: Donis, 57 – Kazukolovas, 64.
“Çelye” (Sloveniya) – TNS (Uels) 3:2
Qollar: Edmilson, 20; 43. Zek, 79 – Deyvis, 19. Holden, 42.
“Serkl Brügge” (Belçika) – “Başakşəhər” (Türkiyə) 1:1
Qollar: Brunner, 82 – Pyontek, 74.
LASK (Avstriya) – “Vikinqur” (İslandiya) 1:1
Qollar: Lyubiçiç, 26 – Siqurpalsson, 23.
“Vitoriya” (Portuqaliya) – “Fiorentina” (İtaliya) 1:1
Qollar: Qustavo, 33 – Mandraqora, 87.
“Larne” (Şimali İrlandiya) – “Gent” (Belçika) 1:0
Qol: Kosqrove, 74.
Baçka Topola (Serbiya) – Noa (Ermənistan) 4:3
Qollar: Staniç, 41. Dyakovaç, 75; 76. Pantoviç, 81 – Ayas, 5; 49. Ferreyra, 15.
“Harts” (Şotlandiya) – “Petrokub” (Moldova) 2:2
Qollar: C.Uilson, 64. Spittal, 70 – Platika, 21. Mudrak, 83-pen.
“Luqano” (İsveçrə) – “Pafos” (Kipr) 2:2
Qollar: Belhac, 7. Bottani, 33 – Saipi, 4-öz qapısına. Qoldar, 90+5.
“Rapid” (Avstriya) – “Kopenhagen” (Danimarka) 3:0
Qollar: Belyo, 45+2. Vurmbrand, 51; 64.
“Yurqorden” (İsveç) – “Legiya” (Polşa) 3:1
Qollar: Nquen, 24. Hummet, 45+4. Aslund, 76 – Vsolek, 56.