EN

Sisi İsrailin siyasətini tənqid etdi

Misir İşğal altındakı İordan çayının qərb sahili ilə Qəzza zolağının ayrılmasını rədd edib. Metbuat.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə keçirilən D-8 Sammitinin “Qəzza və Livan” sessiyasında belə açıqlama verib. O bildirib ki, Misir Fələstin xalqını köç etməyə məcbur edən hər hansı planı rədd edib. Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla öldürülən fələstinlilərin sayının 45 mini ötdüyünü və Qəzza zolağında infrastrukturun çoxunun məhv edildiyini deyən Sisi, Fələstin xalqının öz torpaqlarına qayıtma haqqının həmişə qalacağını ifadə edib. Sisi İsraili Qəzzada birdəfəlik atəşkəs elan etməyə çağırıb. Onun sözlərinə görə, Livanda da yenidənqurma işlərinə maliyyə dəstəyi vermək üçün səylər artırılmalıdır.

Sisi bildirib ki, Livan ordusu ölkənin bütün ərazisinə nəzarəti ələ almalıdır. İsrailin Suriyanın suverenliyini pozduğunu bildirən Sisi, İsrailin Suriyanın ərazi bütövlüyü, sabitliyi və suverenliyini hədəf alan hücumlarını tənqid edib.

Chosen
7
43
metbuat.az

10Sources