EN

Fransada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi -FOTO

Fransanın paytaxtı Parisdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.

OXU24.COM xəbər verir ki, Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-da daimi nümayəndə Elman Abdullayev, Fransanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız və digər şəxslər iştirak ediblər.

Səfir L.Abdullayeva bu ilin Azərbaycan üçün uğurlu olduğunu bildirib. Səfir uğurlar arasında ölkəmizin dünya miqyaslı tədbir COP29-a yüksək səviyyədə ev sahibliyini xüsusilə qeyd edib.

L.Abdullayeva Azərbaycanın mürəkkəb coğrafi bölgədə yerləşməsinə baxmayaraq bu gün uğurlu, sabit və müstəqil siyasət yürüdən, istər iqtisadi, istər demoqrafik inkişafı baxımından regionun aparıcı dövləti olduğunu xüsusi qeyd edib. Diplomat uğurların dövlətimizin apardığı sabit müstəqil siyasətinin nəticəsi olduğunu bildirib.

O, Fransa-Azərbaycan əlaqələrinə də toxunub, iki dövlət arasında siyasi dialoqun 2024-cü ildə olmamasına təəssüfünü bildirib və bunun səbəbkarlarının ölkəmizin olmadığını qonaqların diqqətinə çatdırıb. 2024-cü ildə baş tutan çoxsaylı və yüksək səviyyəli mədəni tədbirlərdən danışan səfir tədbirlərin baş tutmasında yaxından iştirak edən və Azərbaycanın dəyərlərini Fransada tanıtdırmaq istiqamətində böyük səylər göstərən diasporumuzun nümayəndələrinə, həmçinin təşkilat rəhbərlərinə təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində "Simurq" muğam ansamblının konserti təqdim olunub.

Chosen
21
3
oxu24.com

4Sources