Fransanın Avinyon şəhərində baş verən və bütün dünyanın yaxından izlədiyi Jizel Pelikoya təcavüzlə bağlı məhkəmə prosesi başa çatıb.
Bu barədə hakimiyyet.az "Haber Global"a istinadən xəbər verir.
Avinyon şəhərində keçirilən məhkəmədə hakimlər 10 il ərzində Jizel Pelikoya təcavüz edən keçmiş əri Dominik Pelikonu təqsirli biliblər. Həmçinin ərinin dəvəti ilə qadına qarşı cinsi zorakılıqlar edən digər 50 nəfərə də hökm oxunub.
Jizelə narkotik maddə verərək yatırdığını və təcavüz etdiyini, həmçinin digər kişiləri də bu əmələ dəvət etdiyini etiraf edən Dominik Pelikoya ağırlaşdırılmış şərtlərlə cəza kəsilib və ona 20 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin digərlərinə də eyni şəkildə ağırlaşdırılmış şərtlərlə cəza təyin edilib.
Məlumata görə, bu işdə ittiham olunanları ümumilikdə 600 il həbs cəzası gözləyir.
Jizel Peliko məhkəmə prosesləri zamanı anonimlik hüququndan istifadə etməkdən imtina edib və iclasın açıq keçirilməsini istəyib.
"Təcavüz edilən bütün qadınların - "Madam Peliko bunu etdi, mən də edə bilərəm", - demələrini istəyirəm. Artıq utanmalarını istəmirəm", - deyə o bildirib.
Qeyd edək ki, qadını zorlamaqda ittiham olunan gənc və yaşlı kişilər arasında yanğınsöndürən, yük maşını sürücüsü, hərbçi, mühafizəçi, jurnalist və dicey də var.
Xatırladaq ki, yuxuda olan fransız qadının zorlanması hadisəsi 2011-2020-ci illərdə Avinyon yaxınlığındakı Mazan kommunasında baş verib.
Fransa sakini . Qanunsuz çəkilişlərdə 80-ə yaxın adam iştirak edib.
Məlum olub ki, 50 ildən artıq evli olan kişi yuxu dərmanını arvadının yeməyinə qarışdırıb, daha sonra yatmış qadını zorlamağa razılaşan kişiləri evinə dəvət edərək baş verənləri lentə alıb.
26-73 yaş arası ümumilikdə 51 nəfər cinsi zorakılıqda ittiham edilərək həbs olunub. Təqaüdçü onları tematik internet forumunda tapıb. Dominik Pelikonun kompüterində yüzlərlə kamera qeydləri aşkar olunub.