EN

Türkiyəli məşhur jurnalist Fateh Altaylı həbs olundu

Türkiyəli məşhur jurnalist Fateh Altaylı barəsində həbs qərarı çıxarılıb.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail və PKK qarşı yürüşlərdə iştirak edən vətəndaşların ünvanına təhqirlər yağdıran jurnalist 2 il 3 ya müddətinə azadlıqdan məhrum edilib.

Altaylı “xalqı düşmənçiliyə təhrik etmək və onu alçaltmaq” maddəsi üzrə təqsirli bilinib.

Məhkəmə həmçinin onun xaricə çıxışını da məhdudlaşdırıb.

Qeyd edək ki, “Pəncə Kilid” əməliyyatında şəhid olan 12 əsgər və Qəzza üçün on minlərlə insan aksiya keçirib. Onlar Misirə Refah sərhəd məntəqəsinin açılması çağırışını edib, ABŞ-ın həm İsrailə, həm də PKK-ya verdiyi texnikaya istinad edib, Türkiyənin ərazi bütövlüyü və birliyi şüarlarını səsləndirib.

Fateh Altaylı isə Yutub kanalında yürüşləri hədəfə alaraq, “Alçaqlar, namussuzlar, əclaflar, bizim uşaqlarımız Qəzzada olanlar qədər dəyərli deyilmi?” sözləri ilə Qəzza üçün deyil, şəhid olan türk əsgərləri üçün çağırışlar edilməli olduğunu bildirib.


Chosen
8
1
bakupost.az

2Sources