EN

Qayınata gəlini və dörd nəvəsini EVDƏN QOVDU – VİDEO

Astarada ana dörd azyaşlı övladı ilə birlikdə qayınatası tərəfindən yaşadığı evdən qovulub.

Medianews.az Real TV-yə istinadən xəbər verir ki, Azadə Abdullayevanın qalmağa evi var, lakin 2021-ci ildə qayınatası Bakıdan Astaraya köçərək onlara zülm etməyə başlayıb.

A.Abdullayeva bildirib ki, yoldaşı Talehin görmə imkanları məhduddur və başqa gedəcək yerləri də yoxdur:

“Qayınatamın adı Mirzədir, bütün gün evdə olmur, amma axşamlar gələrək övladlarıma qışqırır, bizi evdən qovmaqla hədələyir. Yoldaşıma da deyib ki, məni boşasın. Boşanmadığımız üçün bizi evdən atır”, – o bildirib.

Ətraflı süjetdə:

Chosen
9
7
medianews.az

10Sources