EN

İnternet platformaları Putinlə savaşır

İnternet

Rusiyalı çoxsaylı "YouTube" istifadəçiləri mobil cihazlarda xidmətə daxil olmaqda problemlərdən şikayət ediblər. Bu, ola bilsin, Rusiya prezidenti Vladimir Putinin birbaşa xətti ilə, yayımla bağlıdır.

Reyting.az
xəbər verir ki, bunu "Meduza" saytı yazıb.

Telekommunikasiya operatorlarından biri "Meduza"-nın, həm də "The Bell" nəşrinin etibarlı mənbəsinin məlumatını təsdiqləyib. Onun sözlərinə görə, dekabrın 18-dəistifadəçilər "YouTube"-yə daxil olmaq üçün qəfildən yaranmış problemlərdən çoxsaylı şikayətlər ediblər.

"Şikayətlərin artması saat 9-dan qeydə alınmağa başlayıb və indiyə qədər də davam edir. Əgər əvvəllər belə yavaşlamadan sonra gün ərzində 10 minə yaxın şikayət olurdusa, indi onların sayı gündə 40 mini ötüb", - deyə mənbə nəşrə bildirib.

Mütəxəssis və telekommunikasiya operatoru etiraf edib ki, ən böyük belə "ləng axının" dekabrın 19-da, prezident Vladimir Putinin birbaşa xətti ilə bağlı olması ehtimalı daha inandırıcıdır.

RBC-nin media bazarında olan daha bir mənbə isə söyləyib ki, "əvvəllər 30 faiz blok var idi ki, bu da masaüstü kompüterlərə şamil edilirdi, lakin dekabrın ortalarından etibarən onları da gücləndirəcəklər. Çox güman ki, mobil versiya da daxil olmaqla tamamilə bloklayacaqlar". Digər mənbə isə nəşrə bildirib ki, "ümumiyyətlə, mobil cihazlarda, "YouTube"-də ciddi, lakin hələ tam olmayan yavaşlama" baş verib.

"YouTube"-nin Rusiyada ləng hərəkətinin artmasını "Sboy.rf", eləcə də "Downdetector" servislərinə şikayətlərin çoxalması da sübut edir. "The Bell" nəşri bu problemlər barədə "Google"-nin statistik məlumatlarına istinadla yazır ki, dekabr ayının 18-də Rusiyada "YouTube" trafiki artıq 17 dekabr çərşənbə axşamına olan göstəricilərdən 20 faiz aşağı düşüb. İyulun 24-ü ilə müqayisədə isə bu beynəlxalq xidmətin "yavaşlaması" başlayandan bəri artıq azalma 60 faizdən çox olub.

Rusiya vətəndaşı, tanınmış peşəkar kimi informasiya texnologiyaları üzrə mütəxəssis Mixail Klimarevin sözlərinə görə, deyilənlər həqiqətdir və belə bir böyük problemin tez bir zamanda aradan qaldırılacağına şübhə edir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da canlı yayımda olan zaman Rusiya Federasiyasında "YouTube" kanalı ilə bağlı problemlərin əsas "Google"-dən qaynaqlandığını bildirib. "Burada, yəqin ki, "YouTube"-yə də bizim çoxlu suallarımız var. "Google" burada şəbəkəsini yaradan zaman öz törəmə hüquqi şəxslərini, həm də saxlanması lazım olan xidmətlərini yaratdı. Qərbdə məhdudiyyətlər tətbiq olunmağa başlayandan sonra "Google" maliyyəni kəsdi. "Google" burada lazım olan avadanlıqların tədarükünü azaldıb. Buna görə da özünə problemlər yaradıb", - deyə V. Putin bildirib. Rusiyanın dövlət başçısı daha sonra qeyd edib ki, "Google" Rusiyanın qanunlarına əməl etməlidir.

Mütəxəssislər Rusiyada internetin, eləcə də "Google" və "YouTube"-nin gələcəkdə necə işləyəcəyi və yaxın illərdə Rusiyanın hansı qanunları çərçivəsində fəaliyyətdə olacağını proqnozlaşdırmaq üçün çətinlik çəkdiklərini bildiriblər.

Oqtay QORÇU
Chosen
6
reyting.az

1Sources