EN

Mərkəzi Asiya Fintex Assosiasiyası Azərbaycanda bir sıra sazişlər imzalamağı planlaşdırır (Özəl müsahibə)

Bakı. Trend:

Mərkəzi Asiya Fintex Assosiasiyası Azərbaycanda bir sırasazişlər imzalamağı planlaşdırır.

Bu barədə Trend-ə MərkəziAsiya Fintex Assosiasiyasının sədri Otabek Nasırov VIII BeynəlxalqBankçılıq Forumunun kuluarlarında deyib.

"Azərbaycan Banklar Assosiasiyası ilə uzunmüddətli dostluğunəzərə alaraq, yaxın zamanda tərəfdaşlıq və əməkdaşlıq haqqındasaziş imzalamağı planlaşdırırıq. Oxşar bir sazişi həmçinin,Azərbaycan Fintex Assosiasiyası ilə də imzalamağa ümid edirik. Busazişlər fintex şirkətləri, Mərkəzi Asiya və Azərbaycanın ənənəvibankları arasında daha fəal dialoqun qurulması üçün əsas olacaq,eləcə də təcrübə və bilik mübadiləsi üçün gözəl imkan yaradacaq.Məlum olduğu kimi, pandemiyadan sonra Mərkəzi Asiya bazarı xüsusiləfintex və elektron ticarət sahəsində sürətli inkişaf nümayişetdirir. Mən və Azərbaycan Banklar Assosiasiyasından olanhəmkarlarım əminik ki, Mərkəzi Asiyadan olan bir çox uğurlulayihələr Azərbaycanda da tətbiq edilə bilər", - deyə obildirib.

Otabek Nasırov qeyd edib ki, ümumi əməkdaşlıq Mərkəzi Asiyaölkələri və Azərbaycan arasında iqtisadiyyatın yüksək texnologiyalısektorlarında inteqrasiya proseslərini sürətləndirməyə, sonistehlakçılara yeni imkanlar, həllər, məhsullar və xidmətlər təqdimetməyə kömək edəcək.

"Mərkəzi Asiyada fintex sənayesinin aktiv inkişafı dövlətqurumlarının dəstəyi və əlverişli tənzimləyici mühitin yaradılmasıilə müşayiət olunur. Bu da yerli şirkətlərin beynəlxalq bazarlaraçıxmasına və qlobal maliyyə ekosistemində mövqelərinigücləndirməsinə şərait yaradır. Yaxşı bir nümunə olaraq, fintexşirkəti “Alif”in Pakistan bazarına çıxmasını göstərmək olar. ŞirkətBNPL [buy now, pay later] məhsulları, qısamüddətli kreditlər, B2Bmaliyyələşdirmə və pul köçürmə xidmətləri ilə fəaliyyət göstərir",- deyə o əlavə edib.

Otabek Nasırov Qafqaz və Mərkəzi Asiyada fintex bazarlarınıninkişafında tənzimləyicilərin artan rolunu vurğulayıb. Onunsözlərinə görə, bu, ənənəvi olaraq innovativ iqtisadiyyatsektorlarının güclü olduğu digər regionlar üçün dəxarakterikdir.

"Azərbaycanın fintex bazarının, o cümlədən ənənəvi bankları daəhatə edən maliyyə xidmətləri sektorunun inkişafında böyükperspektivlər görürəm. Bir neçə gün əvvəl Azərbaycan MərkəziBankının nümayəndəsinin tənzimləyici ödəmə xidmətləri bazarına yeniiştirakçıların cəlb edilməsini təşviq etməyə davam etməsi barədəverdiyi məlumatı oxuyub məmnun oldum. Yeni iştirakçılarınhüquqlarının qorunması, bərabər şərtlərin təmin olunması və sağlamrəqabət mühitinin yaradılması Azərbaycan Mərkəzi Bankının əsasprioritetlərindən biri olacaq.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının strateji yanaşmasınauyğun olaraq, fintex şirkətləri və digər ödəmə xidmətləritəminatçılarının inteqrasiyası həyata keçirilir. Bu çərçivədətənzimləyici onların fəaliyyətini nəzarətdə saxlayır və bazarıntələblərinə uyğun olaraq yeni məhsul və xidmətlərin təqdimolunmasını təmin edir. Xüsusi tənzimləmə rejimi çərçivəsindətənzimləyici təkcə yeni təşkilatların sistemə qoşulmasını vəonların bazardakı fəaliyyətini dəstəkləmir, həm də onlarıninkişafını və məhsul çeşidini genişləndirməsini stimullaşdırır", -deyə o bildirib.

Otabek Nasırov qeyd edib ki, Azərbaycanda tənzimləyici maliyyəxidmətləri sektorunda yüksək rəqabətli bazarın formalaşdırılmasıüçün mərhələli şəkildə şərait yaradır.

"Əminəm ki, gələn il Azərbaycanın fintex bazarı üçün maraqlıolacaq və biz hamımız yeni iştirakçıların və xariciinvestisiyaların bazara daxil olmasının şahidi olacağıq. Öznövbəsində, Mərkəzi Asiya Fintex Assosiasiyası Azərbaycan fintexşirkətlərinə Mərkəzi Asiya ölkələrinin bazarlarını öyrənmək vəorada tərəfdaşlar tapmaqda kömək etməyə hazırdır", - deyə oyekunlaşdırıb.

Chosen
30
1
az.trend.az

2Sources