EN

Rusiyada dini çoxarvadlılığa icazə verilib

Rusiyada müsəlmanlara dini çoxarvadlılığa icazə verildi. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin (DUM) şura sədrinin müavini və sədr müavini, Moskva müftisi İldar Alyautdinov bildirib.

Alyautdinovun aydınlaşdırdığı kimi, söhbət dördə qədər dini nikaha girməyə icazə verilməsindən gedir, bir şərtlə ki, “ər bütün arvadlarla ədalətli və bərabər davransın”. Onun sözlərinə görə, bu şərtə əməl olunması bir neçə meyarla müəyyən olunacaq. Bunların arasında bütün arvadlar üçün bərabər maddi təminat, onların hər biri üçün ayrıca mənzil verilməsi, ərin bütün həyat yoldaşları ilə razılaşma ilə müəyyən edilmiş qaydada bərabər vaxt keçirməsi daxildir.

“Bu [çoxarvadlılığa] o halda icazə verilir ki, ər səhhətinə görə, reproduktiv yaşının bitməsinə və ya digər obyektiv səbəblərə görə, məsələn, həyat yoldaşının cinsi uyğunsuzluğuna görə uşaq dünyaya gətirə bilmir. Arvadın uşaq dünyaya gətirmək istəməməsi də nəzərə alınır”, - deyə müfti izah edib.

Eyni zamanda o, müsəlmanları qadınlara başqa arvadın varlığını gizlətməkdən çəkindirib. "Əgər o [ikinci arvad] bu barədə məlumatlandırılmayıbsa və buna dözməyə hazır deyilsə, o, nikahının (İslam normalarına görə toy - Lenta.ru qeydi) dayandırılmasını tələb etmək hüququna malikdir,-" Alyautdinov əlavə edib.

Müftinin sözlərinə görə, çoxarvadlılığa icazə verilməsi Rusiya ailə qanunvericiliyinin normalarını əvəz etmir, əksinə, “dini nikahda ər-arvadın hüquq və vəzifələrini aydınlaşdırır”.

“Yalnız dini nikahda olan qadının hüquqları qanunla təmin olunmur. Bizim teoloji qənaətimiz ona hüquqlarını qorumaq üçün lazımi tədbirlər görməyə kömək edəcək”, - Alyautdinov yekunlaşdırıb.

Almaz Həsənli

Chosen
20
oxumeni.az

1Sources