EN

AZSTANDART Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Akkreditasiya üzrə Dövlətlərarası Şuranın iclasında təmsil olunub

Bakı, 20 dekabr, AZƏRTAC

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndələri MDB çərçivəsində fəaliyyət göstərən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 66-cı iclasında təmsil olunub.

AZSTANDART-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil olunan iclasa Azərbaycan ilə yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının, o cümlədən MDB İcraiyyə Komitəsinin və Standartlar Bürosunun nümayəndələri qatılıblar.

İclasda istehsal olunan məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, ticari-iqtisadi, elmi-texniki əlaqələrin gücləndirilməsi üzrə aktual problemlərin həlli istiqamətində standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsinə dair 20-dən çox məsələyə baxılıb.

Tədbirin sonunda Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС) arasında Əməkdaşlıq Sazişi imzalanıb.

Chosen
10
azertag.az

1Sources