EN

Bakı Ali Neft Məktəbi Elm və Təhsil Nazirliyi tərəfindən təltif edildi

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) Elm və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilib. BANM 2024-cü ildə “Elm və ali təhsilin beynəlmiləlləşməsi” sahəsində fəaliyyətləri ilə fərqləndiyiniə görə təltif edilib.

BANM-dən bildirilib ki, mükafatın təqdimatı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə baş tutub. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iştirak ediblər.

Xatırladaq ki, BANM “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının iştirakçısı olan 10 universitetdən biridir. Bu il proqram çərçivəsində 9 əcnəbi tələbə təhsil alır. Onlar Banqladeş, İraq, Somali, Sudan, Yəmən, Hindistan və Qazaxıstan vətəndaşlarıdır.

Chosen
16
9
xalqqazeti.az

10Sources