EN

Üç il ərzində 173 tələbənin kreditlərinin tam yarısı dövlət tərəfindən bağışlanıb

Üç il ərzində Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək olan 173 tələbənin kreditlərinin tam yarısı dövlət tərəfindən bağışlanıb.
APA xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri v.m.i.e. (müvəqqəti icra edən) Bəhruz Əzimov Fondun 3 illik fəaliyyətinə dair keçirilən media brifinqdə deyib.
Sosial TTK almış 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək olduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən onlara bağışlanıb.
400-ə yaxın standart TTK almış məzunda isə bu güzəşt 25% təşkil edib.
Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min azn təşkil edib.

Chosen
12
7
apa.az

8Sources