EN

Dünyanın sülhə, sabitliyə, təhülkəsizliyə bu gün daha çox ehtiyacı var

“Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində mühüm məqamlara toxunub. Ölkəmizin başçısı Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən bəhs edib. Regionda və bütövlükdə dünyada dəyişən vəziyyətin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyi bildirilib. Cənubi Qafqazda və qlobal miqyasda baş verən proseslərin xronologiyasına, kənar güclərin bölgəmizdə yenidən gərginlik, qarşıdurma yaratmaq cəhdlərinə Ermənistanın silahlandırılmasına, Fransa kimi pozucu dövlətlərin mahiyyətinə dair tutarlı arqumentlər ölkəmizin başçısının müsahibəsində mühüm yer tutub.”

“İki sahil” xəbər verir ki,  bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti növbəti dəfə özünün dərin zəkası, diplomatik bacarığı ilə regionda və qlobal miqyasda baş verən proseslərin dərin qatlarında hansı hadisələrin cərəyan etməsinə diqqət çəkib: “Azərbaycanla Rusiya arasında olan dərin münasibətlərin xarakteri önə çəkilib. Sözsüz ki, iki ölkə arasında imzalanan Bəyannamənin 30 ildən artıq bir müddətdə birlikdə keçilən yola verilən ən yüksək qiymət kimi dəyərləndirilib. Ölkəmizin başçısı da hesab edir ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. “Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisə”, – olduğunu vurğulayan cənab Prezident ikitərəfli formatın digər sahələrdə də əməkdaşlığa təkan verdiyini bildirib. Həmçinin Rusiya ətrafında baş verən proseslər də dövlətimizin başçısının müsahibəsində geniş yer verilən məsələlərdən olub. Azərbaycan Prezidenti müsahibəsində bir daha regionda və qlobal miqyasda sülhə, sabitliyə ehtiyacın olması mesajını çatdırıb. Bu gün bəzi qərb dövlətlərinin və ABŞ-ın hazırkı administrasiyasının prosesləri doğru-düzgün analiz etmək qabiliyyətlərinin yetərsizliyi ucbatından qlobal miqyasda gərgliklərin artması müşahidə edilir. Sözsüz ki, dünya birliyinin ən fəal üzvü olan Azərbaycan da qlobal miqyasda gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Çünki bu gün xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Reallıq odur ki, ölkə başçısının da qeyd etdiyi kimi eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə məhz Azərbaycandır. Ölkəmizin qardaş Türkiyə ilə tarixi sarsılmaz bağlarına diqqət çəkilib. Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycan 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. “Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir”, – deyə cənab Prezident əlavə edib. Azərbaycanın sülh tərəfdarı olduğu II Qarabağ müharibəsindən sonra bölgədə sabitliyə ehtiyacın yarandığı bildirilib. Amma buna baxmayaraq Ermənistan sülh prosesində konstruktiv addım atmaqda çətinlik çəkir. Çünki Fransa kimi ölkələr bölgədə sülhün pozulmasına xidmət edən addımlar atmağı təşviq etməklə İrəvanı təxribata yönəldir. Fakt odur ki, bu gün Ermənistan Fransa, Yunanıstan, Hindistan və digər ölkələr tərəfindən silahlandırılır ki, bu da bölgə üçün yeni risklər yaradır. Azərbaycan Prezidenti də məhz müsahibəsində Ermənistanın bu gün daha çox silahlanmasına diqqət çəkərək buna adekvat olaraq Azərbaycanın da özünün hərbi gücünü daha artırdığı vurğulanıb”.

Millət vəkili bildirib ki, - Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir: “Bu gün mövcud olduğu bütün regionlarda siyasəti iflasa uğrayan Emmanuel Makron Fransasının Cənubi Qafqazda Ermənistan vasitəsi ilə gərginliyə yol açan məkirli planları da Azərbaycan Prezidenti tərəfindən qeyd edildi. Azərbaycan sülhlə bağlı Ermənistanla bir çox məsələlərdə irəliləyiş əldə edib. Ölkə başçısının da vurğuladığı kimi sülh sazişi sənədinin 17 maddəsindənm 15-i razılaşdırılıb. Ermənistanın işğal dövründə Azərbaycana vurmuş olduğu ziyanın təqribən 150 milyard dollardan çox olduğunu bəyan edilib. Amma buna baxmayaraq tərəflərin qarşılıqlı güzəşt əsasında regiona daimi sülhün gəlməsinə görə, iradə nümayiş etdirməsinin vacibliyi önə çəkilib. Ölkəmizin başçısı müsahibəsində Avropa İttifaqının Ermənistan ərazisindəki “missiyasının” fəaliyyətinə, Fransanın neokolonializm siyasətinin mahiyyətinə də toxunub. Amma bütün bunlara baxmayaraq regionun, ümumilikdə isə dünyanın sülhə, sabitliyə, təhülkəsizliyə bu gün daha çox ehtiyacının olduğu bir daha Prezident İlham Əliyev tərəfindən bəyan edilib”.

Deputat vurğulayıb ki, ölkəmizin başçısı həmçinin Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası prosesinə toxunub: “2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planı rəsmi olaraq dərc edilib. Amma bütün bunlara baxmayaraq erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlər uğursuz oldu. Çünki o vaxt mövcud olmuş separatçı rejimin təzyiqləri və digər amillər bu prosesə əngəl idi. Sözsüz ki, uzun illər onların beynlərinə yeridilmiş yanlış ideologiyanın da burada təsiri olduqca böyükdür. Ölkəmizin başçısı həmçinin müsahibəsində Qərbi Azərbaycan İcmasının qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edildiyini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Ona görə də, Qərbi Azərbaycan İcmasının da özünün tarixi ata-baba yurduna qayıtması, orada yaşaması təmin edilməlidir. Beynəlxalq hüquq da onlara bu istiqamətdə böyük üstünlüklər verir. Sadəcə olaraq Ermənistan dövləti bu məsələdə özünün məsuliyyətini dərk edib konsturktiv addım atmalıdır. Cənab Prezidetn həmçinin bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən geniş-quruculuq işlərindən bəhs edib. Vurğulanıb ki, bölgədə Azərbaycan dövləti ilə yanaşı dost və tərəfdaş ölkələrin də olması sevindirici haldır. Bu Ermənistanın 30 il dağıdıb viran qoyduğu ərazilərin qısa zamanda bərpasına təkan vermiş olacaq”.

Sevinc Hüseynova hesab edir ki, ölkə başçısının müsahibəsində vurğuladığı kimi Azərbaycan COP29-da çox böyük təşkilati iş gördü və ölkəmiz bunun öhdəsindən şərəflə gəldi: “Cəmi 11 aya Azərbaycan COP29-un ən yüksək səviyyədə təşkilinə və keçirilməsinə nail oldu. Bu mənada COP29 həm Azərbaycan tarixində, həm də özünün tarixində mühüm əlamətdar dövr kimi daxil oldu. Ölkəmizin COP29-a ev sahibliyinə qarşı qısqanclıq, qarayaxma və onun keçirilməsinə müxtəlif üsullarla kölgə salmağa çalışanların niyyəti baş tutmadı. Azərbaycan digər mötəbər tədbirlər kimi COP29-un da yüksək səviyyədə təşkilinə nail olmaqla Bakıda mühüm tarixi qərarlar verildi. Fransa kimi ölkələrin COP29-a qarşı aparmış olduğu qarayaxma kampaniyasi iflasa uğradı. Bu müasir Azərbaycan tarixinin növbəti mərhələsi kimi tarixə düşdü”.

Chosen
28
50
ikisahil.az

10Sources