EN

Alternativ tibbin tələləri: Dərmandan qaçıb tələyə düşmək və ya xərçəng yayan "Bayer" qalmaqalı 

Kənd təsərrüfatı məhsullarında istifadə edilən GLİSOFAT maddəsi ilə bağlı qalmaqallar dünya gündəmindən düşmür.

Mia.az xəbər verir ki, bu zəhərli maddənin istifadəsi nəticəsində xərçəngə yoluxmuş çox sayda insan Almaniyanın "Bayer" şirkətinə qarşı təzminat davası açıb.Hazırda şirkətə qarşı açılmış 30 minə yaxın məhkəmə işi davam edir.

Pestisid istehsalı qlobal səviyyədə milyardlarla dollarlıq bazar yaradıb. "Bayer", "Syngenta", "BASF" və "Corteva" şirkətləri birlikdə bu sektorun nəhəngləri hesab olunur. 2020-ci ildə təkcə pestisid istehsalından əldə edilən gəlir 30,9 milyard avronu keçib. Qlobal pestisid bazarının isə 2023-cü ilin məlumatlarına əsasən, 130 milyard dollarlıq dövriyyəyə çatdığı bildirilir.

Azərbaycan bazarında da bu şirkətlərin təsiri az deyil .Bu şirkətlərin Azərbaycandakı bazar payı, həmçinin, qlobal miqyasda istifadə olunan zəhərli maddələr barədə narahatlıqlar doğurur. Türkiyədə də Pestisid satışından əldə edilən gəlirin 68 milyon dollar olduğu bildirilir. Ən narahatedici məqam isə bu məbləğin 16%-nin sağlamlıq və ekosistem üçün ciddi ziyanlı olan pestisidlərdən gəlməsidir.

Davam edən hüquqi və etik suallar

Əzizə Hakverdi 

MİA.AZ

Chosen
13
mia.az

1Sources