EN

Bayden Papa Fransisklə görüşəcək

Bakı, TurkicWorld

ABŞ Prezidenti Co Baydenin 9-12 yanvar 2025-ci il tarixlərində İtaliyaya rəsmi səfər edəcək və bu çərçivədə Roma Papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Giorgia Meloni ilə görüşəcək

TurkicWorld xəbər verir ki, bu, Baydenin prezident vəzifəsində olduğu dövrdə Papa Fransisklə ikinci görüşü olacaq.

Baydenin səfəri, onun prezidentlik müddətinin başa çatmasından az əvvəl baş tutur.

Qeyd edək ki, 2025-ci il yanvarın 20-də Co Bayden vəzifəsini Donald Trampa təhvil verəcək. Görüşün əsas mövzuları barədə dəqiq məlumat verilməsə də, beynəlxalq siyasət, iqlim dəyişikliyi, insan haqları və sosial ədalət kimi mövzuların müzakirə edilməsi gözlənilir.

Chosen
7
turkic.world

1Sources