Küveytdə aparılan arxeoloji qazıntılar zamanı 7000 ildən çox əvvələ aid olan və “yadplanetlilərə” bənzəyən heykəlciklər aşkar edilib. Uzun kəllə və yastı burun kimi xüsusiyyətləri ilə diqqət çəkən heykəlciklər Ubeyd mədəniyyətinin bədii anlayışı ilə bağlı yeni ipuçları verir.Heykəllərin tapıldığı Bəhra 1 bölgəsi 2009-cu ildən bəri Ərəbistan yarımadasındakı qədim daş dövrü cəmiyyətləri ilə bağlı ən mühüm araşdırma nöqtələrindən biri hesab olunur.Bildirilir ki, son qazıntılar zamanı üzə çıxarılan kiçik, lakin diqqətlə işlənmiş gil heykəlciklər Ubeyd mədəniyyətinə xasdır.Bu mədəniyyət Mesopotamiyadan Anadoluya və Ərəbistan yarımadasına qədər geniş bir əraziyə yayılmışdır.Buna bənzər heykəlciklər daha əvvəl Mesopotamiyada tapılsa da, Körfəz bölgəsində ilk dəfədir ki, belə tapıntılar ortaya çıxır.Varşava Universitetindən arxeoloq Piotr Bielinski bildirdi ki, heykəlciklər bu qədim icma üçün simvolik və ya ritualistik dəyərə malik ola bilər. Bəhra 1-də tapılan gil heykəlciklər Ubeyd mədəniyyətinin estetik və simvolik anlayışı ilə bağlı yeni suallar doğurur.Qazıntılar həmçinin Ərəbistan yarımadasında istehsal olunan keramika məmulatlarının mənşəyi ilə bağlı mühüm tapıntılar əldə edib.Bəhra 1-in yerli istehsal olan “Kobud qırmızı qab” adlı qaba qırmızı keramika, eləcə də bölgədə istifadə edilən iki əsas keramika növündən biri olan Mesopotamiyadan gətirilən Ubeid keramikasının ilk istehsal nöqtələrindən biri olduğu müəyyən edilib.Təhlildə yerli keramika gilində yabanı bitkilərdən əldə edilən üzvi qalıqlar, xaricdən gətirilən Ubeyd keramikasında isə arpa və buğda kimi kənd təsərrüfatı məhsullarının izləri aşkar edilib.Tapıntılar təkcə arxeoloji deyil, həm də ekoloji tarix baxımından əhəmiyyətlidir. Keramika hazırlamaq üçün istifadə edilən bitki qalıqları eramızdan əvvəl 6-cı minilliyin ortalarında Ərəbistan yarımadasındakı floranın müxtəlifliyinə dair ipucu verə bilər.Bu kəşflər bizə həm Ubeyd mədəniyyətinin təsirini, həm də bölgədəki yerli istehsal texnikasını daha yaxşı anlamağa imkan verir. Körfəz bölgəsindəki ən qədim keramika istehsalı mərkəzi olan Bəhra 1 bəşəriyyət tarixinin bu erkən dövrü haqqında mühüm məlumatlar verməyə davam edir.Mənbə: Independent