EN

İngiltərə klubunun qapıçısı faciəvi şəkildə həlak olub

İngiltərənin "Barton Taun" klubunun qapıçısı Ceyms Hiçkok ötən həftəsonu faciəvi şəkildə həlak olub.

 "Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bazar günü York şəhərinin dəmir yolu stansiyasında baş verib.

30 yaşlı qapıçı ölümlə nəticələnən ciddi baş travmaları alıb. Futbolçunun həyat yoldaşı və uşağı qalıb. Cinayətlə bağlı qətl və soyğunçuluqda ittiham olunan 22 yaşlı Makkenzi Dikiçço həbs edilib.

Qeyd edək ki, "Barton Taun" İngiltərənin 9-cu divizionunda çıxış edən yarıpeşəkar klubdur.

Chosen
10
3
operativmm.az

4Sources