EN

Xeyriyyə fondunun 9 milyonunu özünə xərcləyib

Amerikalı reper Lil Ueyn xeyriyyə fondunun pullarını geyimə və təyyarələrə xərcləyib.

Yenisabah.az axşam.az-a istinadən  xəbər verir ki, söhbət 9 milyonluq yeyintidən gedir.

Ueyn çətin vəziyyətə düşən musiqiçilərə kömək etmək üçün yaradılan fondun milyonlarını dəbdəbəli geyimlərə xərcləyib.

Bildirilib ki, Ueyn fonddan 2 qız üçün uçuşlar və lüks hotel otaqları üçün 14 min dollar xərcləyib. O, özəl təyyarələrlə şəxsi səyahətinə 1,3 milyon, "Balenciaga", "Rick Owens" və "Marni" brendlərinin paltarlarına isə daha yarım milyon ödəyib.

Onun 2021-ci ildəki Yeni il çıxışına 88 min dollar xərclənib və bu, son nəticədə baş tutmayıb.

Reper Kris Braun isə sözügedən pulun 80 min dollarını 2022-ci ildə öz ad gününə, 179 min dollarını isə məşhurların basketbol turnirinin təşkilinə sərf edib.


Telegram kanalımız
Chosen
12
yenisabah.az

1Sources