EN

İtaliya A Seriyası təmsilçisi rumıniyalı iş adamının mülkiyyətinə keçib

İtaliyanın A Seriyası təmsilçisi “Cenoa” aylarla davam edən qeyri-müəyyənlikdən sonra tam şəkildə rumıniyalı iş adamı Dan Şukuya məxsus şirkətin mülkiyyətinə keçib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bəyanat yayıb.

Klub rumıniyalı iş adamının 77 faiz pay almaq üçün 40 milyon avro ödədikdən sonra səhmlərin əksəriyyətini əldə etdiyini açıqlayıb. Funksioner həmçinin “Cenoa”nın kriket klubunu da alıb.

D.Şuku Rumıniyanın “Rapid" (Buxarest) klubunun səhmlərinin 90 faizinə də sahibdir. Ölkənin ən böyük mebel markalarından birinin qurucusu olan iş adamının daşınmaz əmlak sektorunda investisiyaları var.

Qeyd edək ki, “Cenoa” hazırda İtaliya A Seriyasında 14-cü pillədə qərarlaşıb.

Chosen
4
far.az

1Sources