Bank Olmayan Kredit Təşkilatları -BOKT-lar müxtəlif kredit məhsulları təklif edərək, daha geniş müştəri kütləsinə, o cümlədən kiçik bizneslərə və fərdi şəxslərə maliyyə xidmətləri göstərirlər.
BOKT-ların müqayisəsi: Kim güclüdür - «EmbaFinans», yoxsa «ASEL kredit» BOKT? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Regional BOKT», yoxsa «Finex Kredit BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «TBC Kredit BOKT», yoxsa «Kəpəz BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finoko BОKТ», yoxsa «Para BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finca Azerbaijan», yoxsa BOKT «İnternational»? - RƏQƏMLƏR
FED.az bu dəfə ölkənin qeyri bank maliyyə sektorunun 2 maraqlı oyunçusunu - "FinTrend" BOKT və "AZPUL" BOKT-u müqayisə edib. Qeyd edək ki, bu BOKT-lar son illər Azərbaycanın ən sürətlə böyüyən kredit təşkilatlarıdır. "FinTrend" BOKT-un aktivləri 2023-cü ildə 2,8 dəfə və ya 34,3 milyon manat artaraq 53,2 milyon manata yüksəlib. Yeri gəlmişkən, "FinTrend" BOKT-un 2023-cü il üzrə hesabatı yarımçıq hazırlanıb. Onun böyük hissəsi ictimaiyyətdən gizlədilib.
"AZPUL" BOKT-un aktivləri isə 5,4 dəfə və ya 41,5 milyon manat artaraq 50 milyon manatı keçib. Hər iki BOKT-un fəaliyyətindəki dinamika onların sürətli artımının qarşıdakı dövrdə də davam edəcəyini göstərir. Beləliklə…
Aktivləri həcmi üzrə 2023-cü ilin göstəricisində "FinTrend" BOKT irəlidədir. Onun aktivlərinin ümumi həcmi 53 211 min manat təşkil edir və bu göstərici "AZPUL" BOKT-un 50 887 min manatlıq aktivlərindən daha yüksəkdir. Hər iki BOKT-un aktivləri il ərzində əhəmiyyətli dərəcədə artıb. Lakin aktivlərin artım tempinə baxıldıqda, "AZPUL" BOKT-un 5,4 dəfə artımla "FinTrend" BOKT-un 2,8 dəfəlik artımını üstələdiyi görünür. "FinTrend" BOKT ümumi aktiv həcminə görə üstün mövqeyini qoruyub saxlamışdır.
Min manat | Göstəricilər | Min manat |
“FinTrend” BOKT | BOKT-lar | BOKT "AZPUL" |
53 211 | Aktivlər 2023 | 50 887 |
18 564 | Aktivlər 2022 | 9 357 |
2,8 dəfə / 34 647 | Aktivlərin dəyişməsi (% / min manat) | 5,4 dəfə / 41 530 |
Aktivlər Min AZN | 2021 | 2022 | 2023 |
“FinTrend” BOKT | 842 | 18 564 | 53 211 |
BOKT "AZPUL" MMC | 1 599 | 9 357 | 50 887 |
Öhdəliklərin həcminə görə FinTrend BOKT öndədir
Son üç ilin göstəricilərinə görə, öhdəlik həcminə görə "FinTrend" BOKT şirkəti "AZPUL" BOKT-u davamlı olaraq üstələyir.
2021-ci ildə "AZPUL" 1 530 min manatla öndə olsa da, "FinTrend" həmin ildə cəmi 748 min manat öhdəliyə malik idi.
2022-ci ildə "FinTrend" öhdəliklərini sürətlə artıraraq 18 123 min manata çatdırmış və "AZPUL" BOKT-un 5 747 min manatlıq öhdəliklərini 3,2 dəfə üstələmişdir.
2023-cü ildə isə "FinTrend" 51 536 min manatla "AZPUL" BOKT-un 18 839 min manatlıq göstəricisini 2,7 dəfə geridə qoymuşdur. Ümumilikdə, "FinTrend" BOKT son üç ildə öhdəliklərini 68 dəfə artıraraq daha iri maliyyə fəaliyyətlərini həyata keçirdiyini nümayiş etdirmişdir, "AZPUL" isə öhdəliklərini 12 dəfə artıraraq daha sabit bir artım nümayiş etdirmişdir.
Öhdəliklər Min AZN | 2021 | 2022 | 2023 |
“FinTrend” BOKT | 748 | 18 123 | 51 536 |
BOKT "AZPUL" MMC | 1 530 | 5 747 | 18 839 |
Kapital göstəricisi
Kapital göstəricilərində "AZPUL" BOKT son üç ildə "FinTrend" BOKT-u əhəmiyyətli dərəcədə üstələyib. 2021-ci ildə "AZPUL" 70 min manat kapitala sahib olduğu halda, "FinTrend" cəmi 94 min manatla lider idi. Lakin 2022-ci ildən başlayaraq "AZPUL" sürətlə artım nümayiş etdirərək 3 610 min manata çatmış və "FinTrend" BOKT-un 441 min manatlıq göstəricisini açıq şəkildə geridə qoymuşdur. 2023-cü ildə "AZPUL" kapitalını 32 047 min manata yüksəldərək "FinTrend" BOKT-un 1 675 min manatlıq kapitalını 19 dəfədən çox üstələmişdir. Bu rəqəmlər "AZPUL" BOKT-un daxili maliyyə gücünü göstərir.
Eyni zamanda öhdəliklər və kapitalın həcmi ilə bağlı rəqəmlər göstərir ki, "FinTrend" BOKT öz əsas fəaliyyətində – kredit ayırmaqda öhdəliklərdən daha çox asılıdır.
Kapital Min AZN | 2021 | 2022 | 2023 |
“FinTrend” BOKT | 94 | 441 | 1 675 |
BOKT "AZPUL" MMC | 70 | 3 610 | 32 047 |
BOKT-ların «əsas gəlir mənbəyi» - Kredit portfellərinin müqayisəsi
Kredit portfeli baxımından isə üstünlük hələlik "FinTrend" BOKT-a məxsusdur. 2021-ci ildə 372 min manatlıq kredit portfeli ilə "AZPUL" BOKT-un 1 004 min manatlıq göstəricisindən geri qalan "FinTrend", 2022-ci ildə 18 229 min manatlıq kredit həcmi ilə liderliyi ələ keçirmişdir. Bu dövrdə "AZPUL" BOKT cəmi 7 469 min manat kredit portfelinə malik olmuşdur.
2023-cü ildə isə "FinTrend" BOKT kredit portfelini 51 789 min manata çatdıraraq "AZPUL" BOKT-un 28 032 min manatlıq göstəricisini təxminən iki dəfəyə yaxın üstələmişdir. Bu, "FinTrend" BOKT-un daha geniş kredit xidmətləri təqdim etdiyini və müştəri bazasında üstünlük əldə etdiyini nümayiş etdirir.
Kredit portfeli Min AZN | 2021 | 2022 | 2023 |
“FinTrend” BOKT | 372 | 18 229 | 51 789 |
BOKT "AZPUL" MMC | 1 004 | 7 469 | 28 032 |
Əsas məsələ - hansı BOKT sahibinə daha çox qazanc gətirir?
Doğrudan da əsas məsələ olan səhmdar qazancı üzrə son üç ilin xalis mənfəət göstəricilərində "AZPUL" BOKT şirkəti "FinTrend" BOKT-u əhəmiyyətli fərqlə geridə qoyub.
2021-ci ildə hər iki BOKT zərərlə işləyirdi - "FinTrend" BOKT -159 min manat, "AZPUL" isə -74 min manat zərər qeyd etmişdi. Bu da təbii idi, şirkətlər yeni yaranırdı.
Lakin 2022-ci ildən başlayaraq "AZPUL" BOKT müsbət nəticəyə çıxdı və xalis mənfəətini 3 541 min manata çatdıraraq "FinTrend" BOKT-un 122 min manatlıq göstəricisini 28 dəfədən çox üstələyib.
2023-cü ildə "AZPUL" BOKT-un mənfəəti daha da artaraq 28 437 min manata yüksəlmişdir ki, bu da "FinTrend" BOKT-un 1 234 min manatlıq mənfəətindən 23 dəfə çoxdur. Üç ilin ümumi nəticələrinə baxdıqda, "AZPUL" BOKT 31 904 min manat mənfəət əldə etmiş, "FinTrend" BOKT isə cəmi 1 197 min manat mənfəət göstərmişdir. Bu, "AZPUL" BOKT-un ümumi xalis mənfəətinin "FinTrend" BOKT-dan təxminən 27 dəfə çox olduğunu nümayiş etdirir. Bu rəqəmlər "AZPUL" BOKT-un daha güclü gəlir əldə etmək qabiliyyətinə malik olduğunu açıq şəkildə göstərir.
Xalis mənfəət Min AZN | 2021 | 2022 | 2023 |
“FinTrend” BOKT | -159 | 122 | 1 234 |
BOKT "AZPUL" MMC | -74 | 3 541 | 28 437 |
ROE əmsalı
ROE əmsalına gəldikdə, 2023-cü ildə "AZPUL" BOKT 88,7%-lik göstərici ilə "FinTrend" BOKT-un 73,6%-lik nəticəsini qabaqlayır. Bu, "AZPUL" BOKT-un investorlarına daha yüksək gəlir təmin etdiyini göstərir. 2022-ci il üzrədə BOKT "AZPUL" MMC rəqibini geridə qoyub.
ROE əmsalı | 2022 | 2023 |
“FinTrend” BOKT | 27,6% | 73,6% |
BOKT "AZPUL" MMC | 98% | 88,7% |
ROA əmsalı
ROA baxımından "AZPUL" BOKT 2023-cü ildə 55,8%-lik göstərici ilə "FinTrend" BOKT-un 2,3%-lik nəticəsini böyük fərqlə üstələyir. Bu, "AZPUL" BOKT-un aktivlərdən daha effektiv istifadə etdiyini və maliyyə əməliyyatlarını daha yüksək gəlirliliklə idarə etdiyini vurğulayır. Digər tərəfdən, "FinTrend" BOKT-un ROA əmsalında artım müşahidə olunur, bu isə onun gələcəkdə daha effektiv maliyyə idarəetməsinə nail ola biləcəyini göstərir.
ROA əmsalı | 2022 | 2023 |
“FinTrend” BOKT | 0,6% | 2,3% |
BOKT "AZPUL" MMC | 37,8% | 55,8% |