Ruslar Ukraynanın daha iki məntəqəsini ələ keçirib - Foto
Rus ordusu Ukraynanın “Uspenovski çuvalı”nın son hissəsini tutaraq Trudovoye və Uspenovkanı ələ keçirib.
Reyting.az xəbər verir ki, bu barədə “DeepState” layihəsi məlumat yayıb.
Təəssüf hissi ilə qeyd olunur ki, heç kəs bundan qurtula bilməyib: “Bu, ömrünün sonuna qədər bu səhvə görə məsuliyyət daşıyanların vicdanında qalacaq”.
Bildirilir ki, ruslar hazırda işğal olunmuş ərazidə yenidən qruplaşır və yeni potensial “çuval”ın cinahlarında fəallaşırlar.
Məlumata görə, Starye Ternıdan Şevçenko-Andreevka hissəsi istiqamətində davamlı olaraq hücum əməliyyatları aparılır.
Həmçinin layihəyə əsasən, düşmən onun texnika və piyadalardan istifadə etdiyi Zelenovka ərazisində hücuma keçərək onları təmas xəttinə yaxınlaşdırır və daha da irəliləmək üçün möhkəmlənməyə çalışır. “Bu sahədə məqsəd eynidir - Konstantinopoldan keçməyə çalışdıqları Andreevkanı ələ keçirmək”, - deyə analitiklər əlavə ediblər.
ELÇİN