EN

Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir

Suriyadan

Vaxtilə Tehran üçün dəyərli müttəfiq olan Dəməşqdə mərkəzi hökumətin sürətli süqutu İranın Yaxın Şərqdəki təsir layihəsini xeyli zəiflədib. İslam Respublikası uzun müddət ideoloji cəhətdən oxşar hərbiləşdirilmiş hərəkat və dövlətlərdən ibarət çoxsaylı ittifaqlar yaratmaqla özünün əsas regional düşməni olan İsraili cilovlamağa çalışıb. Son müharibə nəticəsində hərbi və inzibati potensialı əhəmiyyətli dərəcədə tükənmiş şiə “Hizbullah” qrupu ilə münasibətləri də oxşar blok modelinə uyğun qurulub.

Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nərinin təhlilində qeyd olunur ki,İranın ekspansionist layihəsində Suriyaya xüsusi rol verilib:

O, Aralıq dənizi sahillərinə tranzit marşrut və İsraillə döyüşdə ilk müdafiə xətti hesab olunurdu. Amma rəsmi Dəməşqin son dörd il ərzində üsyançı anklavlardan qaynaqlanan bütün riskləri hesablayıb idarə edə bilməməsi bu gün Suriyada anti-İran buferinin formalaşmasına səbəb olub. Türkiyəyə yaxın islamçı qruplaşmalar noyabrın 27-də Dəməşqə başlayan hücumla məqsədlərinə çatıblar.

“Suriya artıq eyni Suriya deyil. Livan artıq eyni Livan deyil. Qəzza artıq eyni Qəzza deyil. “Ox”un (“müqavimət oxu” - “NG”) rəhbəri olan İran artıq eyni İran deyil”, - İsrailin baş naziri Benyamin Netanyahu qeyd edib.

İndi İran isteblişmenti daxilində səslər ucalır ki, ölkə səylərini öz sərhədlərinin qorunmasına yönəltməlidir. “İran axmaq və dini motivli xarici siyasətinin bədəlini ağır ödədi. Strateji dərinliyimiz Suriya və ya Livan deyil”, - İranın islahatçı siyasətçilərindən biri “The Middle East Eye”a deyib.

Yaxın Şərqdəki ümumi vəziyyət İranın hakim elitasının əsəbiliyini xeyli artırıb. Bunu dekabrın 13-də qüvvəyə minməli olan hicab geyinmə qaydalarının sərtləşdirilməsi ilə bağlı qanun layihəsinə baxılmaq üçün yaranmış son vəziyyət də göstərib.

İndi Tehranın başqa bir qorxusu ondan ibarətdir ki, İsrail - ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın yanvarda gözlənilən andiçmə mərasimindən sonra - zəifləyən “müqavimət oxu”ndan yararlanmaq və İslam Respublikasının nüvə infrastrukturuna birbaşa hücumlara icazə vermək istəyəcək.

Narahatlığa daha bir səbəb Suriyada mərkəzi hökumətin süqutu fonunda ərazi satınalmaları siyahısının genişləndirilməsinin əleyhinə olmayan Dəməşqin yeni sahiblərinin himayədarının döyüşkən münasibətidir.

Ola bilsin ki, Tramp administrasiyası İrana Yaxın Şərqdə ümumi deeskalasiya parametrləri ilə bağlı razılaşmalarla genişmiqyaslı sövdələşmə təklif etmək qərarına gəlsin. Lakin bu dialoqun uğursuzluğu və regionda qarşıdurma mühitinin davam etdirilməsi İranı gələcəkdə çəkindirmə sahəsində yalnız bir seçim qarşısında qoyur - nüvə bombası əldə etmək. İslam Respublika indi buna həmişəkindən daha yaxındır.

Qərblə danışıqların uğursuzluğu fonunda İranda nüvə bombasının yaradılması, görünür, Tehranın ciddi məğlubiyyətə uğradığı regionda indiki müharibələrin və təlatümlərin nəticələrindən biri olacaq. Ancaq nüvə bombası özlüyündə sülh və əmin-amanlıq gətirməyəcək. Uzunmüddətli rifah həmişə siyasi qərarlara əsaslanır. Bu gün isə onların geniş çatışmazlığı var.

Y. QACAR
Chosen
18
reyting.az

1Sources