EN

Fransada matəm ELAN EDİLDİ

Hind okeanında Fransaya məxsus Mayotta adasında baş verən güclü qasırğa böyük insan itkisi və dağıntılarla nəticələnib.

News365.az xəbər verir ki, təbii fəlakətlə əlaqədar dekabrın 23-də Fransada milli matəm elan olunub.

Prezident Emmanuel Makron Mayotta adasına səfəri zamanı qasırğa qurbanlarının xatirəsinə ehtiram məqsədilə bu qərarın qəbul edildiyini bildirib.

Dekabrın 14-də başlayan qasırğa zamanı küləyin sürəti 55 m/s-i keçib. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində 30-dan çox insan həlak olub, 1400-dən artıq şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Rəsmi açıqlamalarda qasırğanın adada yaşayan 310 min nəfərin 70%-dən çoxuna təsir göstərdiyi vurğulanıb. Həmçinin, zərər və tələfatların miqyasının yaxın günlərdə daha da artacağı ehtimal edilir.

Fransa hökuməti fəlakətin nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər planı hazırlayıb. Yardım kampaniyalarında beynəlxalq təşkilatlar və xilasedici qrupların iştirak edəcəyi gözlənilir. 


Chosen
16
5
news365.az

6Sources