EN

Qırmızı kürü təkcə bahalı deyil: Həm də ziyanlıdır

Bahalı ləzzətlərin heç də hamısı faydalı deyil. 

“Cebheinfo.az” xəbər verir ki, rusiyalı dietoloq Yelena Solomatina belə bahalı və ziyanlı ləzzətlərdən biri- qırmızı kürü barədə məlumat verib.

Onun sözlərinə görə, hətta yüksək keyfiyyətli məhsulun tərkibində çoxlu xolesterin və duz var. "Duz qan təzyiqini artıra və maye saxlaya bilər",- deyə həkim "Moskva 24" ilə söhbətində xəbərdarlıq edib. O, hipertoniyadan əziyyət çəkənləri, ödem və ya ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənləri ehtiyatla qırmızı kürü yeməyə çağırıb.

"Qırmızı kürünün tərkibində sağlam Omeqa-3 yağ turşuları var, eyni zamanda çoxlu xolesterol var",- deyə Solomatina xəbərdarlıq edib. 

Həkim bildirib ki, aterosklerozunuz varsa, bu məhsuldan sui-istifadə etməyin.

Dietoloq sağlamlıq problemi olmayan insanlar üçün qırmızı kürü normasını da sadalayıb. Həkim bir dəfəyə bir-iki çay qaşığı qırmızı kürünün istehlakını mümkün sayıb.

Chosen
31
cebheinfo.az

1Sources