EN

Suriya hakimiyyəti ilk dəfə olaraq İraqla sərhədə silahlı qüvvələr YERLƏŞDİRDİ

Suriya hakimiyyəti Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə olaraq İraqla sərhədə silahlı qüvvələr yerləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə İraqın rəsmi televiziyasına istinadən “Sky News Arabia” məlumat yayıb.

Əsəd rejiminin süqutundan sonra Suriya hakimiyyəti ilk dəfə İraqla sərhəddəki Əl-Bukamal keçid məntəqəsinə nizami silahlı qüvvələr yerləşdirib.

Qeyd olunur ki, sərhədə yaxın Suriya qüvvələrinin sayı 100-dən 200-ə qədər əsgər və silahlı kişidir.

Dekabrın 19-da İraq xəbər agentliyi “Shafaq News” xəbər verib ki, İraq rəsmiləri rejimin süqutundan sonra İraqa sığınan Əsəd rejimi əsgərlərini Suriyaya qaytarmağa başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
10
interpress.az

1Sources