EN

Bu ölkədə ibtidai və orta məktəblərdə mobil telefondan istifadə qadağan ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edir.

Banco.az xəbər verir ki, Braziliyada Konqres tərəfindən qəbul edilən tənzimləmə təsdiqlənərsə, ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadə qadağan olunacaq.

Konqres uşaq və gənclərin sağlamlığına və təhsilinə mənfi təsirləri nəzərə alaraq, səsvermə nəticəsində ibtidai və orta məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsi haqqında əsasnamə qəbul edib.

Tənzimləmə Braziliya prezidenti Luiz İnasio Lula da Silva tərəfindən təsdiq edilərsə, ibtidai və orta məktəblərdə telefondan istifadəyə icazə verilməyəcək.

Qeyd edək ki, ölkədə aparılan müstəqil araşdırmaya görə, 10-13 yaş arası braziliyalı uşaqların yarısından çoxunun mobil telefonu var. Bu nisbət 14-17 yaş arasında olanlar üçün 87,6 faiz təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
14
banco.az

1Sources