EN

Süni Zəka artıq insan emosiyalarını mənimsəyib

Sonuncu versiya Çat GPT Open Aİ test zamanı çox narahatedici nəticələr göstərib.

Mürəkkəb təfəkkür , düşüncə səviyyəsinə malik son model çat yaradıcısının göstəricilərini pozaraq , çata nəzarət sistemini söndürüb və öz davranışlarını gizlətməyə çalışlb.

Mütəxəsislər modelin bir çox hallarda nəzarət sistemini məqsədli söndürdüyünü aşkar ediblər.

Bunun səbəbini aydınlaşdıranda isə çatın yaradıcıların onu dayandırmaq istədiklərini düşündüyü üçün bu addımı atdığı məlum olub.

Modelin daha yeni versiyası üçün güncəlləmələr zamanı isə çat öz data bazasını başqa , naməlum serverə köçürməyə cəhdlər edib.

Çat yaradıcıların bu haqda yazışmalarından sonra gizli şəkildə data bazanı başqa serverə köçürüb və izləri təmizləyib.

Hadisəni araşdıranda modelin özünü müdafiəni nəyin bahasına olursa-olsun həyata keçirməyə cəhd etdiyi də aydınlaşıb.

Çat, onun bu addımlarının səbəbləri haqqında suallara isə hər şeyin texniki səhvlər üzərindən baş verməsi izahı ilə dəfələrlə yalan danışıb…

Mən şəxsən süni zəkanın imkanları ilə bağlı mümkün addlmlarından narahat olmağa başlamışam…

Yeganə Haciyeva

visiontv.az



Chosen
6
visiontv.az

1Sources