Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko kp.ru portalına müsahibəsində Rusiyanın öz hərbi planlarını qurduğu zaman NATO ilə mümkün müharibəyə hazırlıq gördüyünü bildirib.
Qruşkonun sözlərinə görə, alyansın ümumi fəaliyət kursu həm Rusiya, həm də qlobal və regional təhlükəsizliyin arxitekturası üçün təhlükə törədir.
O qeyd edib ki, Rusiya uzunmüddətli perspektivdə təhlükəsizliyə birbaşa təhdid elan edilib və "NATO fasiləsiz şəkildə Rusiya sərhədləri yaxınlığındakı hərbi kontingentlərini böyütməkdədir".
Qruşko deyib: "Bütün bunları ümumiləşdirsək, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır".
Hürr Tərcüman