EN

I Liqa klublarının cəzaları açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, toplantıda I Liqanın X turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

MOİK – “Baku Sporting” oyununda “Baku Sporting” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilib.

“Karvan” – “Mingəçevir” oyununun 46-cı dəqiqəsində qonaq komandanın futbolçusu Xəyal Xudaverdiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır. “Mingəçevir” buna görə 100 manat cərimə olunub. 

“Zaqatala” – “Cəbrayıl” oyununda ikincilərin qapıçısının formasında qüsur olması səbəbindən gec başlayıb. Bu səbəbdən “Cəbrayıl” komandası 80 manat cərimələnib. 

“Qəbələ” – “Qaradağ Lökbatan” oyununun 65-ci dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan “Qaradağ Lökbatan”ın futbolçusu Xəyyam Hüseynov 1 oyun cəzalanmaqla yanaşı, komandasını 50 manat ziyana salıb.

“İmişli” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 80 manat cərimə edilib.

Chosen
13
4
fanat.az

9Sources