EN

İraqdan ŞOK QƏRAR: Ölkəyə sığınan bütün Suriya əsgərləri...

İraq Bəşər Əsəd rejiminin süqutundan bir gün əvvəl ölkəyə sığınmaq üçün gələn bütün suriyalı əsgər və zabitləri Suriyanın yeni hakimiyyət orqanlarına təhvil verib.

Musavat.com xəbər verir ki, təhvil verilən şəxslərin sayı və onların gələcək taleyi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, Suriya Ərəb Respublikasında Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlayıb. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olub. Dəməşqin süqutundan əvvəl döyüşçülər Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçiriblər.

Musavat.com

Chosen
21
musavat.com

1Sources