EN

AMB hüquqi şəxslərin depozitlərinin 1 ayda 1.8 mlrd. manatdan çox azalmasının səbəbini açıqlayıb

Azərbaycanda hüquqi şəxslərin depozitləri bir ayda 1.8 milyard manatdan çox azalıb. Belə ki, cari ilin noyabr ayının 1-nə banklarda hüquqi şəxslərin depozitləri (maliyyə institutları istisna olmaqla) əvvəlki ayla müqayisədə 8.1% və ya 1 milyard 805.5 milyon manat azalaraq 20 milyard 404.3 milyon manat təşkil edib.

Məsələ ilə bağlı “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, hüquqi şəxslərin depozitləri üzrə müvafiq dinamika əsasən xarici valyutada cari hesabların azalması ilə bağlıdır. Müşahidə olunan dinamika şirkətlərin fəaliyyət xüsusiyyətlərindən, eləcə də dövlət və digər ödənişlərdən asılı olaraq formalaşıb.

“Müqayisə üçün bildiririk ki, analoji hal 2022-ci ilin yanvar, fevral, iyul, eləcə də 2023-cü ilin yanvar, fevral, iyun və iyul aylarında da müşahidə olunub.

Ümumilikdə, hüquqi şəxslərin depozitlərinin dinamikasına ortamüddətli dövr üzrə baxılması məqsədəuyğundur. Məlumat üçün qeyd edək ki, son 3 ildə müddətli depozitlərin həcmi 2.6 dəfə və ya 3.3 mlrd. manat, cari ilin 10 ayında isə 20.6% və ya 0.9 mlrd. manat artıb” - deyə AMB-dən bildirilib.

Chosen
8
7
apa.az

9Sources