EN

Davudoğlundan U dönüşü – “Ruhən AK Partiyadan ayrılmamışam”

Türkiyədə fəaliyyət göstərən Gələcək Partiyasının başqanı Əhməd Davudoğlu AKP ilə bağlı son açıqlamaları ilə diqqət çəkir. Konyada keçirdiyi mətbuat konfransında “Mən ruhən AK Partiyadan heç ayrılmamışam” deyən Davudoğlu daha sonra canlı yayımda əlavə edib: “Prezident çağırarsa, gedərəm”.

Bu açıqlamalar sosial mediada geniş əks-səda doğurub, bir çox istifadəçi tərəfindən "U dönüşü" kimi qiymətləndirilib.

AKP hökumətlərində xarici işlər naziri, baş nazir kimi vəzifələrdə çalışan, lakin 2016-cı ildə istefaya məcbur edilən və iqtidardan kənarlaşdırılan Əhməd Davudoğlu dünən KRT-nin sualı belə cavablandırıb: “O kütlələrin tarixi AK Partiyadan başlamır, 28 fevraldan, 12 sentyabrdan (Kənan Evrenin çevrilişi) başlayır. Yassıada məhkəmələri (Menderesin mühakiməsi nəzərdə tutulur) ilə başlayır. Mən o kütlələrdən gəldim, o mühafizəkar kütlələrin sözçüsü və müəllimi oldum. “AK Partiyanın yanındayam” deyərkən nəzərdə tutduğum odur ki, AK Partiyanın bugünkü kadrları o günün prinsiplərini tərk ediblər, amma mən onlardan əl götürməmişəm”.

Davudoğlunun siyasi mövqeyi və gələcək addımları ilə bağlı maraq artsa da, ictimaiyyət bu müzakirələrin necə formalaşacağını diqqətlə izləyir.

Qeyd edək ki, Gələcək Partiyası CHP-nin dəstəyi ilə TBMM-də 10 deputatla təmsil olunur.

Musavat.com

Chosen
23
musavat.com

1Sources