“Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxslər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır.
Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb”.
Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, bu məbləğ mərhələlərlə artırılacaq:
“Həm uşağın anadan olmasına, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artım olub.
Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq”.