Fransanın PSJ klubu Ukrayna millisinin və İngiltərə təmsilçisi "Bornmut"un üzvü İlya Zabarnını transfer etmək istəyir.
Sfera.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi bunun üçün artıq ilk addımı atıb.
Zabarnı Ukraynanın "Dinamo" klubunun yetirməsidir. O, 2023-cü ilin yanvarında Premyer Liqa təmsilçisi "Bornmut"a keçib.
Qeyd edək ki, 22 yaşlı müdafiəçi cari mövsüm Premyer Liqada 16 oyun keçirib.