Bakı. Trend:
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklikedilməsi haqqında” qanun layihəsi Milli Məclisdə III oxunuşda qəbuledilib. Vergi qanunvericiliyində biznesin vergi yükünün azaldılmasıvə sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində nəzərdə tutulanmühüm dəyişikliklərdən biri ölkə ərazisində istehsal olunanavtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsalməqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azadedilməsi ilə bağlıdır.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.
Məlumata görə, hazırda Vergi Məcəlləsinin qüvvədə olanmüddəalarına əsasən, Azərbaycan Respublikasının ərazisində istehsalolunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 ilmüddətinə ƏDV-dən azaddır.
Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılmasıməqsədilə müvafiq azadolma ölkə ərazisində avtobus istehsalına daşamil edilir.
Belə ki, qanunvericiliyə nəzərdə tutulan dəyişikliyə əsasən,ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiqtəsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsalməqsədilə avtobusların ehtiyat hissələrinin idxalının 2025-ci ilyanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdətutulur.
Beləliklə, yerli avtobus istehsalçılarına vergi güzəştlərininverilməsi nəticəsində avtomobil sənayesinin canlanması vəiqtisadiyyata əlavə investisiyaların cəlb olunması hədəflənir.